AsyaAvropaDünyaİranXƏBƏRLƏR

“Bəzi ixtilafların həll edilməsi ilə Cenevrə razılaşmasının həyata keçirilməsi tarixi dəqiqləşəcək

İranın nüvə heyətinin baş müzakirəçisi bəyan edib : Altılıq Qrupu ilə İran arasında mövcud olan bəzi ixtilafların həll edildiyi zaman Cenevrə razılaşması maddələrinin həyata keçirilməsi tarixi dəqiqləşəcək.

Abbas İraqçi İranla Altılıq qrupunun ekspertlər səviyyəsində keçirilən son Cenevrə görüşünü müsbət dəyərləndirib və deyib: Hazırda , ekspertlərin texniki məsələlər üzrə müzakirələri başa çatıb . Lakin Cenevrə razılaşması haqda mövcud olan bir neçə ixtilaflı məqam siyasi səviyyədə müzakirə və mübahisə edilməlidir.

İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini sonra deyib : İranla 5+1 qrupunun Cenevrə razılaşması haqda ixtilaflar, nəzərdə tutulan proqramdan xaric olmasına və müxtəlif şərhlərə görə ortaya çıxıb. Əgər razılaşmanın mündəricəsi görməməzliyə vurulmasa onda mütləq fərqli mülahizələr irəli sürülməyəcək.

Cenevrə razılaşması tarixinin mütləq qətiləşmədiyini vurğulayan İranın nüvə heyətinin baş müzakirəçisi xatırladıb : Cenevrə razılaşmasının həyata keçirilməsi tarixi barədə Qərb tərəfindən təklif irəli sürülməyib . Lakin ilk addımda iki tərəfin razılaşma barədə müştərək məxrəcə gəlməsi lazımdır.

İraqçi habelə yaxın günlər də Avropa Birliyi xarici siyasət idarəsi koordinotorunun müavini ” Helqa İşmit ” ilə görüşəcəyini bildirib.

İranla Altılıq Qrupunun ekspertlər səviyyəsində keçirilən görüşün üçüncü turu ötən çərşənbə axşamı günü səhər çağı başa çatdı və tərəflər Cenevrə razılaşmasının icrası barədə müştərək bir məxrəcə gəliblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu