DünyaXƏBƏRLƏR

Bakıda qadın özünü yandırdı

Azərbaycan Respublikasında İctimai və məişət problemlərə tab gətirə bilməyib özünü yandırma silsiləsinin davamında bu dəfə bir qadın özünü yandırdı.

Paytaxt Bakıda Mərkəzi Klinikanın yaxınlığında 1993-cü il təvəllüdlü Məleykə Bayramlı özünə od vurub. Yaxınlıqda olan hüquq mühafizəçilərin köməyi ilə qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Əslən Lənkəran rayonundandır və Bakıda kirayədə yaşayır. M.Bayramlının bədəninin 65 faizi yanıb, vəziyyəti ağırdır. O, hazırda xəstəxanın yanıq mərkəzinin reanimasiya şöbəsindədir.
Qadının nə səbəbə özünü yandırması hələ deyilmir.
Xatırladaq ki, Bərdədə Alpoud kənd sakini Maarif Vəliyev, bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu