Pakistan polisi 2007-ci ildə terror edilmiş pakistanlı siyasətçi Binəzir Bhuttonun terroru üzrə məhkəmə işi haqda təhqiqatlar aparan xüsusi prokurorun qətlə yetirilməsindən xəbər verib.
Binəzir Bhuttonun terror üzrə məhkəmə işinin xüsusi prokuroru Çudori Zülfüqar Ravalpindidə xanım Bhuttonun işi üzrə məhkəmə prosesinin dinlənilməsi iclasında iştirak etmək məqsədilə İslamabaddakı evindən çıxarkən güllə atəşi ilə qətlə yetirilib. Hələlik atəş açan şəxsin kim olduğu bəlli deyildir.
Ötən ay Taliblərin kəskin hədələri ilə eyni zamanda Pakistana daxil olan general Pərviz Müşərrəf bu həftə Binəzir Bhuttonun qətli planını hazırlamaq ittihamı ilə ikihəftəlik ev dustağı olubdur.
İndiyə qədər kimsə Binəzir Bhuttonun terroru ilə əlaqədar olaraq ittiham və ya məhkum edilməyib.
Binəzir Bhuttonun oğlu Pakistanın o zamankı hökumətinin baş naziri Pərviz Müşərrəfi anasının qətlində ittiham edibdir.