DünyaXƏBƏRLƏR

Siyasi məhbusların azad edilməsi tələbi ilə aksiya keçiriləcək

Mübariz ruhani Hacı Taleh Bağırovunvə digər siyasi məhbusların həbsdən azad edilməsi tələbi ilə 1 iyun, saat 16-da Bakıda aksiya keçiriləcək.

Hacı Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elçin Namazov qanunsuz həbslərə etiraz mitinqi təşəbbüskarları adından ictimai-siyasi qurumlara müraciət edib.

Müraciətdə deyilir ki, hakimiyyət ötən illərdə olduğu kimi 2013-cü ildə də etiraz edən insanları əsassız olaraq həbs etməklə zərərsizləşdirmək taktikasından istifadə edir.

Müraciətdə əlavə olunub : “Hazırda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında bu cür haqsız həbsə məruz qalmış 40-dan yuxarı şəxs saxlanır. Onların arasında siyasi qurumların rəhbərliyində təmsil olunan şəxslər, siyasi partiya fəalları, jurnalistlər, hüquq müdafiəçisi, ilahiyyatçılar, gənclər təşkilatı üzvləri, “Facebook” fəalı, hicab məhbusları var.”

Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsi ölkədəki özbaşınalıq mühitindən xilas olmaq üçün bütün qanunsuz həbslərlə bağlı etiraz mitinqi keçirmək təşəbbüsü ilə çıxış etdiyini bildirə Namazov bildirib : “Aksiyanın 1 iyun, saat 16-da keçirilməsini təklif etmişik. Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıq məktubu göndərilib”.

Müraciətdə ölkənin bütün aparıcı ictimai-siyasi qurumları bir araya gəlməyə çağırılıb, aksiyanı dəstəkləyən bütün qurumların nümayəndələrindən ibarət mitinq komitəsi yaratmaq və aksiyanı birlikdə keçirmək təklif olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu