BMT Fələstində qida maddələrinin təmin olunmasının böhran vəziyyətindən nigaranlığını bildirib və onun səbəbini bu bölgədə zəif iqtisadiyyat və işsizlik adlandırıb.
BMT-nin iki yüksək səviyyəli rəsmisi İordan çayının qərb sahillərində qida böhranının artmasından kəskin nigaranlığını bildirib və elan ediblər ki, hər üç ailədən biri öz qida maddələrini əldə etmək üçün güclü problemlə üz-üzədir.
BMT-nin Qida Proqramının icraçı müdiri Ertarin Kazin və BMT-nin Fələstinli Didərginlərə Yardım və Əmək Agentliyinin rəhbəri Filippo Grandi qida maddələrinin paylanması proqramı icra olunan Beytül-Müqəddəslə Coriço arasında Bədvin kəndində olublar.
Fələstinlilər arasında zəif iqtisadiyyat və kəskin işsizlik ailələrin 34% ehtiyac duyulan qida maddələrini təmin etməkdə acizlikdən əziyyət çəkir.
Kazinin sözlərinə görə, qida maddələrinin qiymətlərinin yuxarı və maaşların aşağı olması 1,6 milyon fələstinlini növbəti qida ilə təmin olunmasının formatı barəsində nigaran etmişdir.