Region, xüsusilə də Suriya probleminin həlli barəsində beynəlxalq ictimaiyyət və Ərəb Liqasının həll yollarını nəticəsiz adlandıran İraq baş naziri deyib: Suriya böhranı yalnız bu ölkə sərhədləri daxilində və qarşıdurma tərəflərinin müzakirəsi vasitəsi ilə həll olunasıdır.
İraq baş naziri Nuri Maliki Əl-Ərəbiyyə xəbər telekanalı ilə müsahibədə ölkə daxilindəki siyasi böhran və daxili problemlərə toxunaraq bildirib: Bağdadın siyasəti Suriyanın daxili məsələlərində müdaxilə etməmək və qarşıdurma tərəflərinə silah yardımı etməməyə əsaslanır.
Malikinin sözlərinə görə, İraq qərar və qanunlarından kənar heç vaxt heç bir şəxs və yaxud heç bir silahın Suriyaya göndərilməsinə icazə vermir.
Maliki həmçinin xatırladıb: İraqın istədiyi silah terrorizmə qarşı müdafiə silahı və əcnəbilərin təcavüzləri qarşısında İraqın ərazi bütövlüyü və hakimiyyətinin qorunmasıdır.