İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü bir müraciətdə Səravanda terrorçularla silahlı toqquşmada iranlı sərhədçilərdən bir qrupunun şəhid olması ilə bağlı başsağlığı verməklə yanaşı İranın hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə bu hərəkətin araşdırılması və tez bir zamanda ona məlumat verilməsi üçün xüsusi komitənin təşkil olunmasını istəyib.
İran prezidentinin müraciətində bildirilir: İranın Xarici İşlər Nazirliyi də Pakistanla təhlükəsizlik razılaşmasının icrası üçün lazımi addımları atmalı və onun nəticəsi barəsində hesabat verməlidir.
İran prezidentinin müraciətində qeyd olunur ki, İran hökuməti xalqın əvəzsiz himayələrinə söykənərək İslami İranın sərhədlərinin qorunmasında istiqamətləndirilən şər qüvvələrlə sərt davranmaqda qətiyyətlidir.
İranın daxili işlər nazirinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Abdullahi də ötən gecə silahlı terrorçularının Səravanda İran sərhədçilərinə hücumunun izlənilməsi üzrə atılan addımlar barəsində deyib: Daxili İşlər Nazirliyi bu terror əməliyyatından dərhal sonra Sistan və Bəluçestan ostanında bu aktın araşdırılması üçün komitə təşkil edib.
Cümə gecə İran sərhədçilərinin Səravan şəhərində düşmən qruplaşmalarla silahlı toqquşmasında, İranın 14 sərhədçisi şəhid olub, 6 sərhədçisi də yaralanıb.