Dünən AİP-in Əxlaqlı seçki və ədalətli hakimiyyət seçki blokunun Məşvərət Şurasının (MŞ) növbəti toplantısı keçirilib. AİP Baş Məclisində Hacı Möhsün Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi yekdilliklə dəstəkləndi.
AİP sədrinin birinci müavini Hacı İnqilab Əhədli toplantıda İslamda seçki barədə danışıb, bildirib ki, Biz də İmamın qeybdə olduğu bir zamanda demokratik, azad seçkilərə qatılmalıyıq və ədalətli seçkinin müdafisəində dayanmalıyıq.
Toplantıda çıxış edən Seyran Rzayev president seçkilərini xalqın taleyində oynayacağı böyük roldan danışaraq, bildirdi ki, hal-hazırda Azərbaycanda on il bundan öncəkinə nisbətən möminlərin sayı və aktivliyi xeyli artıb. O, bütün möminləri hərəkata qoşulamağa çağırdı.
Eyni zamanda ədalətli hakimiyyətin seçimi və təşkili uğrunda mübarizəmizdə yubanmaq, fasiləyə yol vermək olmaz – deyə, Seyran Rzayev bildirib.
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova çıxışında deyib: Bu gün Hacı Mövsüm Səmədov doğrudan da Azərbaycanımızı və xalqımızı layiq olduğumuz səviyyədə mahiyyətimiz və əsl dəyərimizlə dünyada təmsil etmək ləyaqətinə malikdir.
Məşvərət Şurasının toplantısında həmçinin Fəyyaz Nəbizadə, Hacı Əli Hüseynov, Zamin Məcidli, Davud Şıxıyev, Hacı Ərəstun, Kərbəlayi Səbuhi və başqaları çıxış edərək Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyinin dəstəklənməsini təqdirəlayiq addım kimi qiymətləndirdilər və bu istiqamətdə təbliğatın daha da gücləndirilməsini, bütün möminlərin səfərbər olunmasının zəruriliyini vurğuladılar.
Toplantıda çıxış edən AİP sədr müavini Akif Heydərli prezident seçkilərinin demokratik keçirilməsində başlıca amillərdən danışaraq qeyd etdi ki, seçkinin müəyyən məhdud zaman çərçivəsi və bu çərçivədə hazırkı iqtidarın uzun illərdəki fəaliyyəti zamanı istər Azərbaycanın beynəlxalq aləmdəki imicinə, istərsə də müsəlman dünyasındakı etimadsızlığına səbəb oldu.
Məşvərət Şurasında müzakirə olunan məsələlər barədə qərarlar qəbul edildi. AİP Baş Məclisində Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi yekdilliklə dəstəkləndi. Digər qərara görə, məclis üzvlərinin ölkə ruhanilərinə xalqın gələcək taleyüklü məsələsində daha aktiv fəaliyyət göstərmələri üçün müraciət qəbul olundu. Sonuncu qərar isə təbliğat-təşviqat işlərinin gücləndirilməsi, bölgələr üzrə vahid məşvərət mərkəzlərinin və qərargahların yaradılması, şəhid və məhbus ailələri ilə mütəmadi görüşlərin təşkil edilməsi haqqında oldu.
