AsyaDünyaFələstinXƏBƏRLƏR

Tzipi Livni, Qəzzanın idarəsinin Mahmud Abbasa verilməlidir

Sionist rejim Ədalət Naziri Tzipi Livni, Qəzzanın idarəsinin Mahmud Abbasa verilməsi üçün İsrail Hökumətini bəzi addımlar atmağa çağırdı.

Ticarət İqtisadiyyat Forumunda danışan Livni “Qəzzadakı atəşkəsin və 1948 torpaqlarındakı sabitliyin və əmin-amanlığın zəmanət altına alına bilməsi üçün siyasi yollarla bir sıra işlər başladılması lazımdır” dedi.

Sionist rejim Ədalət naziri danışmasının davamında “İsrailin, gələcəkdə nə olacağından xəbərdar olmadan dinclik içərisində yaşaması mümkün deyil” dedi.

Livni İsrail Ordusu ilə Fələstin müqaviməti arasında müharibənin yenidən başlaya biləcəyi xəbərdarlığını edərək “Əgər İsrail siyasi bir hərəkətdə olmazsa qarşıdurmalar bir neçə həftə içərisində yenidən başlaya bilər” dedi.

Xatırlanacağı üzrə, Fələstin müqaviməti ilə İsrail arasında 51 gün davam edən döyüşün ardından Çərşənbə axşamı günü atəşkəs elan edilmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu