Dünya

Briqada generalı Yəhya Səri: Səudiyyə Ərəbistanı 24 saatda Yəmənin 5 vilayətinə 75 hücum etdi

Briqada generalı Yəhya Səri: Səudiyyə Ərəbistanı 24 saatda Yəmənin 5 vilayətinə 75 hücum etdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanı son 24 saat ərzində Yəmənin 5 vilayətinə 75 hücum edib. Hücumlar nəticəsində bir sıra mülki şəxs şəhid olub və yaralanıb.

Yəhya Səri qeyd edib ki, gərginliyin başlanmasından bu yana həyata keçirilən hücumların ümumi sayı 5095-ə çatıb.