Fələstin Sülh naminə Milli Təşəbbüs baş katibi və Fələstin parlamentinin keçmiş üzvü Sionist rejimin sabiq baş naziri Aryel Şaronun ölümü ilə əlaqədar reaksiya verərək deyib: Qarşıda tarix məhkəməsi Şaronun hakimiyyətədə olduğu vaxtda baş verən cinayətlər haqda hökm edəcəkdir.
Mustafa Bərğusi Şaronun ölümünə toxunaraq deyib: Şübhəsiz ki, Şaron mübahisədoğuran bir şəxsidi və Fələstin xalqı ondan heç bir yaxşı xatirəyə malik olmayaraq ona nifrət edir.
Fələstinli fəal Şaronun cinayətlərinə toxunaraq deyib: O öz həyatı dövründə Fəlsətin xalqına qarşı çoxlu cinayətlər həyata keçirdib ki, İordaniya vadisində mütəşəkkil genosidlər və həmçinin Qəzzənin işğal edilməsi və Livana qarşı hücuma keçmək onun cinayətlərinin bir hissəsini təşkil edir.
Səbra və Şətila qəssabı ləqəbi ilə tanınan Sionist Rejimin keçmiş baş naziri Aryel Şaron ötən gün (11 yanvar) ölüb.
Vaxtılə Sionist rejimin müharibə naziri vəzifəsini daşımış Aryel Şaron ordu komandanı kimi 1982-ci miladi ili 16-18 sentyabr tarixində Livan paytaxtı Səbra və Şətila düşərgələrinə hücuma keçərək təxminən 3 min 500-dən 5 minəədək fələstinlini, o cümlədən çoxlu sayda qadın, uşaq və yaşlıları qırğın etdi.