İranın Az. R-dakı səlahiyyətli səfiri iki ölkənin qarşıdakı münasibətlərinin şəffaf olduğunu deyərək açıqlayıb: Tehran – Bakı arasındakı dostluq və məvəddət əlaqələri qədim keçmişə malikdir.
İranın Bakıdakı səfiri dövlət orqanı Yeni Azərbaycan Qəzetinə verdiyi müsahibədə İran ilə Azərbaycan Respublikası arasında hazırkı münasibətlərin səviyyəsi haqda deyib: Tehran və Bakı mədəniyyət, dil, din və tarixi ortaqlıqları nəzərə alaraq müxtəlif sahələrdə, o cümlədən iqtisadi- siyasi və mədəni əlaqələr baxımından dərin əməkdaşlıqlara və münasibətlərə malikdirlər.
Pakain bildirib: Hazırda İran ilə Azərbaycan R.ı arasında qeyri-neft ticarət mübadiləsinin həcmi 500 milyon dolları ötüb və iki ölkə arsında özəl sektorların əlaqələri günü-gündən artmaq üzrədir.
İran səfiri mədəni sahədə isə iki ölkə münasibətlərinin genişlənməkdə olduğunu deyərək bildirib: 2014-ci ildə Tehranda, Azərbaycan həftəsi qeyd ediləcək və ümidvaram ki bu tədbir iki ölkə münasibətlərinin möhkəmlənməsində öz təsirini töhfə etmiş olsun.
” Eeyni halda bəzi əcnəbi güclərin iki ölk arasında genişlənməkdə olan əlaqələrdən nigarnçılıq hissi keçirməsini unutmamalıyıq ” – deyə səfir bildirib ki, ölkələrimizin qarşılıqlı münasibətlərinin mütəmadı olaraq genişlənməkdə olduğu halda həmin düşmənlərin zəhərli təbliğatlarının heç bir təsiri olmayacaqdır.
İran səfiri müsahibəsinin sonunda təkidlə bildirib: Bütün bunları nəzərə alaraq İran – Azərbaycan R-ı əlqərləinin gələcəyinin şəffaf və konsturktiv olacağına şübhə etməməmliyik və əminəm ki, səmimi münasibətlər iki ölkə arasında keçmişdəkindən daha artıq inkşaf edəcəkdir.