UEFA bildirib ki, bu təşkilat başçılarının Lodondan keçirilən rəsmi şam ziyafəti kənarında Qüdsü işğal etmiş rejimə qarşı aksiya keçirən üç nəfər həbs olunub.
Cümə günü gecə UEFA başçılarının Lodondan keçirilən rəsmi şam ziyafəti kənarında antisionist aksiya özünün kulminasiya nöqtəsinə çatıb. Belə ki, aksiyaçılar bu qənaətdə idilər ki, sionist rejim UEFA-dan çıxarılmalıdır.
Aksiyaçılar sionist rejimin 21 yaşından aşağı yaş səviyyəsində Avropa çempionatı yarışlarının sionist rejim tərəfindən keçirilməsinə etiraz ediblər.
Əsas natıqi Mişel Platini olan bu mərasimdə Ser Alex Fergusson və Devid Bekham kimi tanınmış şəxslər iştirak edirdilər.
UEFA dünən bir bəyanatda bildirib ki, aksiyaçalardan üç nəfər- iki kişi və bir qadın bu birliyin mərasimi kənarında çaxnaşmanın yaranmasına bais olublar və onlar həbs ediliblər. Aksiyaçılar habelə Londondakı bu mərasimdən kənarda da öz aksiyalarını davam etdiriblər.