ABŞ-ın Detroyt Maraton zavodunda benzin tankeri partlayıb. Nəticədə bu zavodun bir işçisi yaralanıb və hadisə yerinin ətrafı da boşaldılıb.
Russia Todayın məlumatına görə, ABŞ-ın Detroyt Maraton zavodunda benzin yanacağı olan bir tanker partlayıb. Partlayış ardınca zavodun ətraf məntəqəsinin məcburi boşaldılması göstərişi verilib.
ABŞ-ın Miçiqan ştatında Detroyt şəhəri rəsmiləri bildiriblər ki, bu partlayış nəticəsində zavodun bir işçisi yaralanıb.