Quantanamoda məhbusların qeyri-məhdud həbsinə etiraz edən bir qrupun üzvlərinin Ağ Ev qarşısındakı aksiyasının ardınca ABŞ polisi Ağ Ev ərazisi ətrafındakı məhəccərlərdən yuxarı qalxması dəlilinə görə bir etirazçını həbs edib.
Russia To Day-in məlumatına görə, Dayan Uilson müntəzəm surətdə Quantanamonun fəaliyyətinə qarşı etirazını Ağ Ev qarşısında nümayiş etdirirdi ki, ABŞ prezidenti- Barak Obamanın Quantanamonu bağlayacağına dair vədindən dörd ildən çox bir vaxtın keçməsinə rəğmən, hələ də əsirlikdə olan 166 məhbus barədə xalqın məlumatını artırsın.
Hal-hazırda Guantanamoda 100-dən yuxarı məhbus zindanların pis şəraiti və zindan məmurlarının onların Quran nüsxələrinə qarşı hörmətsizliklərinə etiraz olaraq aclıq keçirir, belə bir halda Uilson məhbuslarla öz həmdərdliyini nümayiş etdirmək məqsədilə 57 gün oruc tutubdur.
Quantanamo məhbəsinin bağlanması 2008-ci ildə Obamanın seçki vədlərindən idi, lakin hazırda beş ilin ötüb keçməsi ilə hələ də bu vəd reallaşmayıbdır.

