İranXƏBƏRLƏR

İran prezidentliyinə 8 namizədin teledebatı

İran İslam Respublikası prezident seçkilərinin ilk teledebatı 8 namizəd arasında iqtisadi məsələləri mehvəri ilə cümə günü keçirildi.

İran prezidentliyinə 8 namizəd 1-ci telekanaldakı teledebatda öz iqtisadi mövqelərini bildirib.

Prezidentliyə namizədlərdən biri Seyid Məhəmməd Qərəzi inflyasiyanı İranın əsas problemi adlandırıb və deyib: Seçkidə qalib gəldiyi halda inflyasiyasını azaldacaq.

Məhəmməd Baqir Qalibaf İranda iş yerlərinin açılmasını vurğulayaraq söyləyib: İqtisadi inkişaf hökumətin əsas işi olmalıdır.

Qalibaf inflyasiyanın azaldılmasını vurğulayaraq prioriteti istehsalın artırılmasında görüb.

Prezidentliyə başqa namizəd Qulaməli Həddad Adil iş yerlərinin açılmasını vurğulayıb və əlavə edib: Siyasi motivlər məsələsi xüsusi qüvvələrdən ayrılmalıdır.

Prezidentliyə namizəd Əli Əkbər Vilayəti də istehsalı vurğulayaraq istehsalın xəlqi olmasını deyib. Vilayəti kənd təsərrüfatı və sənayeni də dəstəkləyib.

Prezidentliyə namizəd Möhsün Rzayi isə inflyasiya və işsizliyi bir-birinə zidd hesab edib və söyləyib: İş yerlərinin açılması gələn hökumətin gündəmində olmalıdır.

Rzayi proqramla işsizlik probleminin həllini vurğulayıb.

Səid Cəlili işsizliyi İranın əsas problemi adlandırıb və əlavə edib: İş yerlərinin açılması rəqabət deyil, istehsal üçün olmalıdır.

İran prezidentliyinə namizəd Məhəmməd Rza Arif də ən azı 1 milyon iş yerinin açılmasını İran üçün lazımi adlandırıb və deyib: Likvidliki sənayeyə doğru irəlilətməliyik ki, iqtisadi stabillik əldə olunsun.

Arif əlavə edib: Daxili sərmayələr iş yerlərinin açılmasına doğru istiqamətləndirilməlidir.

Bu barədə İran prezidentliyinə başqa bir namizəd Həsən Ruhani deyib: İşləmək və işsizlik səviyyəsinin azaldılması xalqın əsas məsələlərindəndir.

Ruhani iqtisadi problemlərin aradan qaldırılması üçün mütəxəssislərdən istifadəni vurğulayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu