Ərəbistan Fars Körfəzinin cənub sahillərində yerləşən ən mühafizəkar və ən irticaçı ölkələrdəndir ki, bu ölkədə insan haqları mövzusuna əsla önəm verilmir.
Bu ölkədə hər bir müxalif səs elə ilk anda susdurulur və siyasi fəalların repressiyası gündəlik olaraq davam edir. Son zamanlar Məhəmməd əl-Qəhtani və Abdullah əl-Hamid adlı iki insan haqları fəalının həbs edilməsi Ər-Riyad rəsmiləri üçün bir rüsvayçılığa çevrilib. Bu iki ərəbistanlı fəal ölkə məsələləri haqda yalnız öz baxışlarını bəyan etdiklərinə görə həbs ediliblər. Rəsmi Ər-Riyad əl-Qəhtani və əl-Hamidin medialara yanlış məlumatlar verdiklərini və buna görə də 10 il həbsə məhkum edildiklərini iddia etsə də, bu ittihamların heç birinə faktlar göstərilməyib və bu ittihamlar sübut edilməyib.
Amma siyasi təhlilçilərin bir çoxu inanır ki, yalnız Ər-Riyadın siyasətlərini tənqid etmək, bir şəxsin həbs edilməsi və həbsxanaya salınması üçün yetərlidir.
Bəzi xəbər mediaları Ərəbistandakı insan haqlarının vəziyyətini şərh etdikləri zaman, bu ölkə hökumətinin repressiya metodları vasitəsilə siyasi fəalları susdurmağa cəhd göstərdiyini bildirirlər. Elə həqiqətdə belədir.
Ərəbistanda kimsənin bu ölkə krallığının xalq üçün müəyyən etdiyi qanunlarla müxalifətdə söz danışmağa belə, haqqı yoxdur. Hal hazırda Ərəbistanda insan haqları vəziyyəti belədir ki, Beynəlxalq Amnistiya Təşkilatı və İnsan Haqları Gözətçisi Təşkilatı da bu haqda susmağa son verib, Ərəbistandakı vəziyyəti tənqid etməyə başlayıblar. Hal-hazırda Ərəbistandakı siyasi quruluşda yalnız islahatların həyata keçirilməsi zərurətini ortaya atmaq suçundan iki ərəbistanlı fəal əl-Qəhtani və əl-Hamidin həbs edilməsi səbəb olubdur ki, Ər-Riyada qarşı tənqidlər dalğası şiddətlənsin.
Ərəbistanda 30 mindən çox siyasi məhbus vardır ki, əslində heç bir təhlükəsizlik suçu işləməyib və sırf olaraq, Ərəbistan hökumətinin bəzi qərarlarda dəyişiklik, bu ölkədə vətəndaş haqlarına diqqətin yetirilməsi və Ərəbistan xalqının səsvermə haqlarına hörmətlə yanaşılması üzündən həbsdədir.
Düşündürücü məsələ budur ki, bu siyasi məhbusların bəzilərinin ailələri onların həbs edilmələrindən uzun illərin ötməsinə rəğmən hələ də öz məhbus əzizlərinin taleyindən xəbərsizdirlər.
Amerikanın Foreign Policy jurnalı son zamanlar bir məlumatda belə yazıb: Ərəbistandakı siyasi fəalların repressiyası Amerika və qərbin yaşıl işıq göstərmələri ilə həyata keçirilir.
Bu mövzulara diqqətin yetirilməsi ilə Ərəbistanda insan haqlarının açıq-aşkar formada pozulması haqda baş verənlərin, qərbin habelə Amerikanın istilasında olan “insan haqları müdafiəçisi təşkilatları”nın passivliyi və susmalarından mənşə aldığı əyani formada özünü göstərməkdədir.
Amma inkaredilməz məsələ budur ki, hal-hazırda Ərəbistan xalqı oyanıb və öz istəklərini dinc metodlarla reallaşdırmaq haqda qərar çıxarıb. Ərəbistanın müxtəlif şəhərlərində dinc aksiyaların keçirilməsi və bu ölkə xalqının Ərəbistanda dəyişikliklərin həyata keçirilməsi uğrunda əzmkar olduğunu sübut edir.