Suriyanın Daxili İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib ki, bomba qoyulmuş bir avtomobilin Suriyanın paytaxtı Dəməşqin Əl-Mərcə məntəqəsində partlaması nəticəsində 13 nəfər həlak olub, 70-dən yuxarı insan da yaralanıbdır. Bu məlumata görə, həmin terror əməliyyatı Suriyanın Daxili İşlər Nazirliyinin yaxınlığında baş verib.
Dünən də Suriyanın baş naziri Vail Əl-Həlqi Dəməşqin Əl-Məzə məntəqəsində sui-qəsdə məruz qalıb ki, nəticədə 6 nəfər həlak olub, 13 nəfər də yaralanıbdır, lakin Suriyanın baş naziri Vail Əl-Həlqi bu sui-qəsdən salamat qurtarıb.
Y.T