AsyaDünyaİranXƏBƏRLƏR

Girov götürülmüş sərhədçilər haqda açılan cinayət işi bağlanmayıb

İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini son vaxtlar terrorçu Ceyşolədl qruplaşması tərəfindən oğurlanan iranlı sərhədçilər haqda açılan cinayət işinin bağlanmadığını bildirib.

Əli Abdullahi deyib: İranlı sərhədçi Cəmşid Danayifərin taleyi dəqiqləşməyənə qədər oğurlanan sərhədçilər haqda açılan cinayət işi bağlanmayacaq.
2014-cü il fevral tarixində Pakistan sərhədi yaxınlığında terrorçu Ceyşulədl qruplaşması tərəfindən 5 iranlı sərhədçi girov götürülmüşdü. Lakin bir müddətdən sonra girov götürülmüş sərhədçilərdən olan Cəmşid Danayifərin sözü gedən terrorçu qruplaşmanın üzvləri tərəfindən şəhid edilməsi medialarda səsləndirildi.
2014-cü il aprel ayında bu sərhədçilərdən 4 nəfəri azad ediləndən və onlar Əfqanıstan-Pakistan sərhəd məntəqəsindən İrana daxil oldular.
Abdullahi İSNA ilə müsahibədə Cəmşid Danayifərin taleyinə işarə edərək deyib: Bu iranlı sərhədçinin şəhid olub, olmamasını sübuta yetirən qəti bir fakt və sənəd yoxdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu