İran İslam Respublikası ordusunun Dəniz Qüvvələri komandanı İran ordusunun hərbi dəniz birləşmələri tərəfindən 1600 ədəd ticarət gəmisi və neft tankerinin müşayiət edilməsinə işarə edərək, deyib: Dəniz qüvvələrinin ciddi və qətiyyətli rəftarları sayəsində artıq bir müddətdir ki, dəniz quldurlarından heç bir xəbər yoxdur.
Kontr-admiral Həbib Səyyari bazar ertəsi günü İranın cənubunda yerləşən Buşehr şəhərində iştirak etdiyi mətbuat konfransında İran ordusunun Dəniz Qüvvələrinin hərbi dəniz birləşmələrinin fəaliyyətləri haqda açıqlama verərək, deyib: Ordunun Dəniz Qüvvələrinin nəzarəti altında olan məntəqə 6 il öncədən silahlı qüvvələrin tam nəzarəti altındadır.
Düşmənin məntəqədəki bütün fəaliyyətləri diqqətlə izlənilir və düşmənin istənilən hərəkətini önləmək iqtidarındayıq