SuriyaXƏBƏRLƏR

Daeş terrorçu qruplaşması, Ərəbistanın siyasətlərinin icraçısıdır

Suriya Azad Ordusu adlı terrorçu qruplaşma, İraq və Şam İslami Dövləti, Daeş adlı terrorçu qruplaşmanı Ərəbistanın siyasətlərinin icraçısı olduğunu bildirib.

Suriyada yerləşən terrorçu qruplaşmalar arasında ixtilafların davamında, Suriya Azad Ordusu adlı terrorçu qruplaşmaya bağlı olan mənbə, Suriyanın müxtəlif məntəqələrində İraq və Şam İslami Dövləti, Daeş adlı terrorçu qruplaşmanın saysız-hesabsız cinayətlərinə işarə edərək, belə bildirib: Daeş qruplaşmasının üzvləri, müzakirələrdə suriyalı müxaliflər koalisiya təzyiq buraxmaq üçün bəzi məntəqələrə yiyələnmək məqsədilə Ali-Səud diplomatlarının yetirmələridirlər.
Suriya Azad Ordusu qruplaşmasına bağlı olan mənbə Daeş üzvlərinin Fars Körfəzinin sahillərində yerləşən bəzi ərəb ölkələrinə xüsusi önəm verdiklərini bildirərək, belə əlavə edib: Terrorçu Daeş qruplaşmasına çoxlu silah və külli miqdarda pul göndərilir və onlar bu pullardan istifadə edərək, gəncləri cəzb etmək istəyirlər və vəhhabiliyin sələfi təfəkkürlərini yaymağa çalışırlar.
Bu elə bir haldadır ki, Daeş terrorçu qruplaşması da dünən bir bəyanat yayaraq, Suriyaya minlərlə terrorçu və külli miqdarda silah-sursatın göndərilməsinə işarə edərək, Ərəbistanın Daeş qruplaşmasını himayələrinə görə təşəkkürünü bildirmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu