“Mən uzun müddət ” Dağlıq Qarabağ xalqı ” nın öz müqəddəratını həll etmək haqqını müdafiə edir və Reqlament Məsələləri üzrə Komitə müstəqilliklə bağlı qəbul etdiyi qərarı tam dəstəkləyirəm ” .
” Axar.az ” xəbər verir ki , bu açıqlama ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Siffin çıxış edib.
O , Qarabağın ” müstəqilliyi ” ilə bağlı qəbul olunmuş layihəni müsbət qiymətləndirib :
“Mən uzun müddət ” Dağlıq Qarabağ xalqı ” nın öz müqəddəratını həll etmək haqqını müdafiə edir və Reqlament Məsələləri üzrə Komitə müstəqilliklə bağlı qəbul etdiyi qərarı tam dəstəkləyirəm . Mən Azərbaycanın təsiri olmadan “Qarabağ xalqı ” na öz taleyini həll etmək üçün göstərilən köməyi alqışlayıram və Assambleyanı Müstəqillik haqqında qərarı təsdiqləməyə çağırıram ” .
Qeyd edək ki, mayın beşində Kaliforniya ştatının Reqlament Məsələləri üzrə Komitəsində Qarabağın müstəqilliyini tanıyan sənəd qəbul olunmuşdu . Sənədi Ermənipərəst deputat Mayk Qatto hazırlamışdı . Bu vaxta qədər isə Mayk Qatto “erməni soyqırımı” nın Kaliforniya məktəblərində keçirilməsi ilə bağlı hazırlanmış layihəni ştat parlamentinə təqdim etmişdi.
Onu da Xatırladaq ki , bu vaxta qədər Qarabağın ” müstəqilliyi ” ni dörd ştat tanıyıb . Bunlar Rod – Aylend , Men , Masaçusest və Luiziana Ştatlarının .