Suriya Ordusunun Homs vilayətindəki mühüm və strateji Əl-Qoasəyr şəhərini terrorçulardan təmizləməsi və silahlı və terrorçu qruplaşmaların ünsürlərindən gözə çarpacaq miqdarda öldürməsi üzrə uğurlu əməliyyatı sionistlərin nigaranlığına səbəb olub.
Sionist rejimin onuncu telekanalı Suriya ordusunun Əl-Qoasəyr şəhərini silahlı və terrorçu qruplaşmaların vücudundan təmizləməsi haqda bir çox kadrlar yayımlayıb.
Bu kadrlarda silahlı qrupların Suriya ordusu qüvvələri qarşısındakı qorxuları, dəhşətləri və çarəsizliyi tam şəkildə bəllidir.
Bəşşar Əsəd hökuməti Suriyadakı terrorizmdə sionist İsrail rejiminin bilavasitə rola malik olmasından xəbər verərək, bildiribdir ki, Əl-Qoasəyr məntəqəsindəki silahlı qruplaşmalar İsrail rejimini himayə etdiklərini aşkara çıxarıblar.
Əl-Qosəyrdə sionist rejimin bir ədəd zirehli hərbi maşınının zəbt edilməsinin ardınca Rəsmi Dəməşq sionist rejimin hər cür təcavüzkarlığına cavab verəcəyi haqdakı vədinə əməl etdi və İşğal Edilmiş Covlan yüksəkliklərində atəşkəs xəttini keçən sionist İsrail rejiminin iki ədəd zirehli hərbi maşınını məhv etdi.
