ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Eduard Snoudenin ifşaçılıqlarını dünyada təhlükəsizlik və informasiya fəaliyyətlərinin tarixində dönüş nöqtəsi adlandırmaq mümkündür.
Almaniyanın Səsi “Döyçe Vole” internetin idarə olunmasının forması barəsində maraqlı məqamlara işarə edib. Onları birlikdə oxuyuruq: Dünya internetinin açarlarını əlllərində tutanlar hər il Los-Ancelesdə pəncərəsiz otaqda və digərlərinin görə bilmədiyi bir məkanda bir-birləri ilə görüşürlər! Bəlkə də azacıq sürrealist və xəyali görünə bilər. Lakin dünyanın internet məlumat bazasının əsas açarı 7 nəfərin əlindədir. Bu 7 nəfər avtomatik açarları bir-birinin yanına qoymaqla internetin əsas özəyinə daxil olmaq üçün “ana açarı” yarada bilirlər.
Bu 7 nəfərin 7 nəfər də əvəzedicizi vardır. Zəruri hallarda onların vəzifələrini yerinə yetirirlər. Guardian qəzeti yenilərdə bir məlumat dərc edib. Məlumata əsasən “Ad və rəqəmlər Xüsusi Beynəlxalq Təşkilatı AYKAN” təşkilatında güclü təhlükəsizlik tədbirləri altında “Açar mərasimi” adlı mərasim keçirilib. Bu mərasimdə dünyada böyük faciələr baş verdiyi halda internetin işinin davam etdirilməsi şəraitinin təmin olunması araşdırılıb. Amerikada yerləşən bu təşkilat internet hakimiyyəti prosesində önəmli qurumlardandır və dünyada mövcud kompüter sistemləri, vebsaytlar və serverlərə internet adreslərinin verilməsi üzrə məsuliyyət onun üzərindədir.
Dünyada bütün internet ünvanları (misal üçün google.com ) müəyyən ip adreslərinə birləşirlər və (google.com) adresi yalnız insanların istifadə işini yüngülləşdirmək üçün bir addır. Çünki adreslərin adlarını nöqtə ilə bir-birindən ayrılan 4 hissəni yadda saxlamaqdan qat-qat asandır. Misal üçün: 64.230.160.78
Bu Google saytının ip-lərindən biridir. Başqa sözlə AYKAN bu ədədlərin adlara tərcümə olunması üzrə məsuliyyət daşıyır. Əgər bir şəxs AYKAN-ın nəhəng məlumatlar bazasına yol taparsa, internetə nəzarət edə bilər. Bu mənada ki, misal üçün brouzerlər vasitəsi ilə istifadəçilərin müraciətini alaraq onları istədiyi istiqamətə yönəldə bilər.
İnternet və faciələr ehtimalı
AYKAN-ın məlumat bazası dünyadakı əsas məlumat bazası olmasa da, şübhəsiz önəmlilərdən biridir. Elə buna görə, yerdə dəhşətli faciə baş verdiyi halda bu məlumat bazasını yeniləməyə ehtiyac duyula bilər.
Yəqinliyini artırmaq üçün AYKAN bu məlumatlar bazasına daxil olmaq açarını 7 nəfərin ixtiyarına verib. Belə ki, zəruri hallarda lazımi addımları ata bilsinlər. dünyanın müxtəlif ölkələrindən 7 internet təhlükəsizliyi mütəxəssisi.
7 nəfər də “əvəzedici” və yaxud “backup” olaraq seçilmişlər. Belə ki, 1-ci yeddi nəfər üçün istənilən hadisə baş verdiyi halda, onlar müəyyən olunmuş vəzifələri yerinə yetirsinlər. Ümumilikdə AYKAN-ın nəhəng məlumat bazasının giriş açarı 14 nəfərin əlindədir.
Açarları olan şəxslərin illik 4 görüşü
2010-cu ildən bu 7 nəfər hər il dörd dəfə görüşür. Belə ki, “açar mərasimi”ndə yeni “ana açarı” düzəldə bilsinlər. Yəni əslində yekun giriş üçün parolu dəyişdirsinlər. Bu mərasim Los-Ancelesdə keçirilir. Kaliforniyanın cənubunda pəncərəsiz və heç kimin görmədiyi bir otaqda.
Guardian yazır: Bu çox yüksək gizli mərasimə daxil olmaq üçün çoxlu mürəkkəb təhlükəsizlik qapısından keçmək lazım gəlir. Xüsusi kodlar, barmaq izi və gözün skanlaması ilə açılan çoxlu bağlı qapılar. Bu obyektə daxil olmaq üçün təhlükəsizlik mexanizmi atom başlıqlarını daşıyan raketlərin nəzarət otağının təhlükəsizlik mexanizmi həddindədir. Sonda bu qapılardan keçməklə bir otağa daxil olurlar. Bu otağa heç bir elektronik əlaqə nə daxil olur, nə də çıxır. Elə buna görə ora elektronika vasitəsi ilə nüfuz etmək mümkün deyildir. Məsələ azacıq fantastik filmlərdə müşahidə etdiyimiz epizodlara bənzəyir. Lakin reallıqdır.
İnternet nəzarəti və BMT
Görəsən bəzi şayiələrdə bildirildiyi kimi, bu 7 nəfər dünyada interneti qeyri-fəal edə bilərlərmi? Hakerlərin bu sistemə nüfuz etdiyi və onun fəaliyyətində problem yaratdığı halda onlar sistemi yenidən əvvəlki vəziyyətə qaytara bilərlərmi?
Bu sualların cavabı Bəlidir. Bu 7 nəfər internetin özəyinə tam nəzarət edir.
Döyçe Volenin məlumatına görə, bununla belə Amerikanın Milli Təhlükəsizlik Agentliyinin irimiqyaslı casusluqları barəsində Eduard Snoudenin təkanverici ifşaçılıqlarından sonra dünyanın bir çox ölkəsi Amerikanın nəzarətindən çıxarmaq məqsədilə dünyada internet hakimiyyəti prosesində əsaslı dəyişikliyi istəyir. Avropa Birliyi yenilərdə Amerikadan istəyib ki, AYKAN-ın qloballaşması üçün müəyyən zaman cədvəli versin. AYKA-nın vəzifələrinin dəyişdirilməsi, internetin strateji məsuliyyətlərinin BMT-nin əlaqədar qurumlarına, Avropa Birliyinin və bir çox digər ölkələrin tələbləri çevrəsinə daxil olmasıdır.
Görəsən dünya Amerikanı internetdə bu monopoliyasına son qoymağa məcbur edə biləcəkmi?