Perspolis adlı 180 haşiyəli xalça dünyanın ən incə toxunuşlu xalçası kimi bu gün Tehranda təqdim olunub.
Əhəd Əzimzadə bu gün dünyanın əl ilə toxunmuş ən incə toxunuşlu xalçasının təqdimat mərasimində deyib: Mən ölkədə əl ilə toxunmuş xalça üzrə ən birinci və ən böyük ixracatçılardan biriyəm və 7 yaşından xalça toxuma işini görmüşəm. Elə burada elan edirəm ki, indiyədək dünyada belə bir xalça olmayıbdır.
O, əlavə edib: Adı Perspolis olan dünyanın əl ilə toxunmuş ən zərif xalçası 180 haşiyə formasında 14 il 2 ay ərzində 3 iranlı sənətkar tərəfindən Qum şəhərində toxunub. Onun bazis qiyməti 2,5 milyon funt sterling hesab edilibdir.
Bu xalça ixracatçısı deyib: Perspolis xalçasında 350-dən yuxarı boya işlənibdir və bu xalçada toxunuş zərifliyi son dərəcə yüksəkdir və İranın bütün tarixi abidələri və Cəmşid Taxtı bu xalçada toxunubdur.
O, sonra deyib: Bu xalçadakı hər bir ilmə üç rənglə toxunub və tam ipək formasındadır.