AsyaDünyaXƏBƏRLƏR

Dünyanın ən sirli adası haqda məlumat

Dieqo Qarsiya adası ötən əsrin 70-ci onilliyinin sonlarında İrandakı hadısələrdən və Əfqanıstanın SSRİ-nin Qızıl Ordusu tərəfindən işğal edilməsindən sonra son dərəcə təchiz olunub və bu gün Amerika ordusunun elektron və lokator sistemləri və ən müasir tipli bombardmançı təyyarələri üçün bir bazadır.

SEPAH-ın Dəniz Qoşunlarının komandanı- Sərkərdə Əli Fədəvi məntəqədənkənar qüvvələrin region ölkələri, Fars Körfəzi və İranın ətrafındakı iştirakı haqda belə deyib: 1991-ci ildə bir milyon amerikalı qüvvə məntəqədə idi. Halbuki özləri bu rəqəmi 550 min nəfər elan etdilər, lakin bizim izləmələrimiz və dinlədiklərimizə əsasən, bu miqdar təqribən bir milyon nəfər idi. Bu gün də onlar öz qüvvələrini ehtiyat qüvvələr kimi Küveyt, Ərəbistan, Oman və ya Dieqo Qarsiya adası kimi məntəqələrin yaxınlığında yerləşdirmək niyyətindədirlər.
Amerikanların Əfqanıstan, Pakistan, Türkiyə, Bəhreyn, Ərəbistan və İranın şimalında yerləşən bəzi ölkələrdə və onların dəniz bölmələrinin Fars Körfəzində yerləşmələri aydın bir məsələ kimi ümumi fikir üçün tanınıbdır, lakin barəsində daha az danışılan məsələ Amerikanın hərbi qüvvələrinin Dieqo Qarsiya adasında iştirakıdır ki, ABŞ ordusunun ən mühüm sərhədaşırı bazalarından biri kimi regional məsələlərə müdaxilə üçün ondan istifadə olunur.

* Coğrafi mövqeyi
Dieqo Qarsiya adası Hind Okeanında Çabaharın 3800 km-də, Afrika və İndoneziyanın şərqinin 3500 km-də, Hindistanın 2000 km-də, Fars Körfəzinin 4500 km-də və Qərbi Avstraliyanın 5000 km-də yerləşibdir.
Dieqo Qarsiyanın Hind Okeanındakı coğrafi mövqeyi
Bu ada bir tərəfi açıq olan üçbucaq formasındadır ki, onun açıq tərəfi şimal və şimal-qərb tərəfə yönəlib, 37 mil uzunluğunda bir sahilə malikdir və ekvator xəttindən 7 dərəcə aşağıda yerləşir. Bu adanın dərinliyi 20-50 metr, hündürlüyü isə dəniz səviyyəsindən 120-140 sm yuxarıdır.

* Adanın müstəmləkəçilər arasında əldən-ələ keçməsi
Dieqo Qarsiya ilk dəfə olaraq, on altıncı milad əsrinin əvvələrində porquqaliyalılar tərəfindən kəşf olundu və belə inanırlar ki, bu adanın adı da ya gəminin kapitanı və ya onu ilk dəfə kəşf etmiş şəxslərin adından götürülbdür.
Bu ada fransızların ələ keçirdikləri 18-ci milad əsrinədək qeyri-yaşayış məkanı idi və Fransa 18 və 19-cu əsrlər boyu Şərqi Hindistandan kəndlilər və afrikalı qəbilələrdən qullar və fəhlələr gətirərək, bu adada sakin etdi ki, “çaqosilər” adı ilə tanındılar.

Dieqo Qarsiya adası
Nəhayət, İngiltərə-Fransa müharibələri gedişində Dieqo Qarsiya ingilislərin əlinə keçdi və 1814-cü ildən 1965-ci ilədək “Moris”in aidiyyatlarından biri kimi tanındı. Sonra Dieqo Qarsiyaya da şamil olan “Çaqos” adaları Morisdən ayrıldı və Hind Okeanındakı Britaniya ərazilərinə əlavə olundu.

* Ada Amerikanın icarəsində; yerlilərə yer yoxdur
1971-ci ildə Dieqo Qarsiya adasının yerli sakinləri Britaniya ilə Amerika arasındakı razılaşmanın və hərbi baza kimi istifadə etməsi üçün bu adanın Birləşmiş Ştatlara verilməsindən sonra zorla və son dərəcə çətin bir şəraitdə çıxarılaraq, Moris adasına qovuldular.
Həmin ildə bu yerli sakinlərin sayı təqribən iki min nəfər idi ki, afrikalı qullar və Şərqi Hindistanın fəhlələrinin xələflərindən bir qrupunu əhatə edirdi.
Hərçənd ABŞ ilə İngiltərə arasındakı müqavilə və razılaşmaların maliyyə məbləği və miqdarı haqda dəqiq məlumat yoxdur, amma belə deyilir ki, Britaniya bu bazanın təqdim olunması qarşılığında “Polaris” raket müdafiə sisteminin satın alınması və İngiltərə torpağında yerləşdirilməsi sahəsində Amerikadan təqribən on dörd milyon dollar güzəşt alıbdır.
Beləliklə, bu adada hər cür digər fəaliyyət qadağan olundu; hərçənd dəfələrlə “çaqosilər” adlandırılan yerlilər öz ölkələrinə geri dönmək üçün İngiltərədən şikayət də etidlər.

Hind Okeanında amerikan cəbbəxana təchiz olunur
Bu ada Fars Körfəzindəki neft ehtiyatlarına yaxın olduğuna görə, xüsusi önəmə malikdir. Amerikaya veriləndən bəri geniş və dərin dəyişikliklərə uğrayıb və orada modern hərbi və dəniz təchizatları yerləşdirilibdir ki, yanacaqçatdırma, himayə, kəşfiyyat, izləmə, hava və dəniz təchizatları bu qəbildəndirlər və Dieqo Qarsiyanı Amerikanın ən qüdrətli, ən təchiz olunmuş və əlbəttə, ən təhlükəsiz bazasına çevirib.
Amerikanın Dieqo Qarsiyadakı hava bazasından havadan çəkilmiş foto. Boeing-747 təyyarəsi fotoda görünür.
Ötən əsrin 70-ci onilliyinin sonlarında və 80-ci onilliyinin əvvələrində İrandakı hadisələrdən və SSRİ-nin Qızıl Ordusu tərəfindən Əfqanıstanın işğalından sonra son dərəcə təchiz olunmuş bu ada soyuq müharibə dövründə də Amerikanın SSRİ ilə mübarizəsində olduqca strateji bir rola malik oldu və SSRİ-Əfqanıstan müharibəsi zamanı da Amerikanın casusluq üçüşları bu bazadan həyata keçirilirdi.
Dieqo Qarsiya son dərəcə modern hərbi, kəşfiyyat və rabitə təchizatlarına malikdir. Bu bazanın cənubunda İnformasiyanın Göndərilməsi Mərkəzi(Transmitter Site) yerləşir ki, sahillər, gəmilər və təyyarələrin olduqca yüksək səviyyələrdə nəzərdə tutduqları mərkəzlərlə əlqə qurmaları imkanını yaradır.
Dəniz Təhlükəsizlik Qrupu(Naval Security Group) da bu adada yerləşib. Bu qrup sirli müraciətlərin sürətlə göndərilməsi və alınması üçün lazımi təchizatların hazırlanması, əməliyyatların istiqamətləndirilməsi daxil olmaqla Amerikanın milli maraqları istiqamətində müxtəlif sahələrdə son dərəcə sirli fəaliyyətlərə malikdir.
Amerikanın B-52 qırıcı-bombardmançı təyyarələrii Dieqo Qarsiya adasında(fotonun tarixi: 2002-ci il)
Soyuq müharibə dövründən sonra Amerika Dieqo Qarsiyadan çoxlu sayda hərbi hücumlar üçün istifadə edibdir.
Misal üçün, 1991-ci ildə İraqla aparılmış birinci Fars Körfəzi müharibəsində, 2002-ci ildə Əfqanıstana hücumda və 2003-cü ildə İraqa hücumda da öz qırıcıları tərəfindən hava hücumlarının həyata keçirilməsi üçün bu bazadan bir çox istifadələr edibdir.
Hazırda da modern lazer və yerə nüfuz edən bombalar(bunker buster) B-52 və B-1 Lancer qırıcılarının kənarında bu iri amerikan cəbbəxanasında yerləşiblər.

Amerikan B-1 Lancer qırıcısı
Bunların kənarında bu ölkənin atmosferindən kənar informasiyaların araşdırılması üçün Mərkəzi Bölmə də həmin adada yerləşir.

* MKA adada meydan sulayır
2006-cı ildə Guardian kimi bəzi qəzetlər tərəfindən belə bir iddia irəli sürüldü ki, Amerika 2002-ci ildə bu bazadan Əl-Qaidənin tabeliyində olanlar və ya terrorçuluq şübhəlilərini daşıyan təyyarələrin qeyri-insani işgəncələr və etirafların alınmasından ötrü Quantanamoya köçürülmələri üçün istifadə edibdir. Avropa Şurası da 2007-ci ilin iyununda bu iddianı himayə etdi.

USS Saratoga təyyarədaşıyan gəmisinin Dieqo Qarsiyada lövbər atması
Hərçənd o zaman, yəni 2006-cı ildə İngiltərənin ovaxtkı xarici işlər naziri- Cek Strou parlamentdə bu məsələni rədd edərək, bildirdi ki, bu barədə amerikalılar təkrar olaraq, söhbət və onlar da bu ittihamı rədd ediblər, amma iki il sonra İngiltərənin sonrakı xarici işlər naziri- Devid Meliband ilk dəfə olaraq, qəbul etdi ki, 2002-ci ildə terrorçuluq şübhəlilərini köçürmək üzrə MKA-nın gizli üçüşları yanacaq doldurmaq üçün azı iki dəfə bu adada yerə eniblər.

* İcarənin 2036-cı ilədək uzadılması üçün müzakirə
Bu adanın Amerikaya verilməsi barədə 1966-cı ildə imzalanmış müqavilə 50 illik idi ki, bu müqavilə 2016-cı ildə başa çatırdı, amma deyilənlərə görə, iki ölkə qarşıdakı aylarda başlancağı ehtimal olunan öz aralarındakı müzakirələrdə bu müqavilənin 2036-cı ilədək(daha 20 il) uzadılması haqda danışıqlar aparacaq ki, bu razılaşma adanın yerli sakinlərinin minimum daha 20 ilədək özlərinin işğal olunmuş evlərinə geri dönmələrini mümkünsüz edəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu