Əfqanıstan Sənaye və Ticarət Nazirinin müavini Şahabəddin Saqib Türkiyəyə rəsmi səfəri çərçivəsində 2026-cı il İstanbul Beynəlxalq Halal Sərgisini ziyarət edib.
O, səfər zamanı iqtisadi qurumların nümayəndələri və beynəlxalq investorlarla ticarət əlaqələrinin genişləndirilməsi, Əfqanıstan bazarının ehtiyaclarının təmin olunması və investisiyaların cəlb edilməsi barədə müzakirələr aparıb. Əfqanıstan Sənaye və Ticarət Nazirliyi bu ziyarətin məqsədinin yeni ticarət imkanlarını müəyyənləşdirmək, İslam ölkələri və sərgidə iştirak edən digər şirkətlərlə iqtisadi əməkdaşlığı inkişaf etdirmək olduğunu açıqlayıb.
