İran İslam Respublikasının daxili işlər naziri- Mustafa Məhəmməd Nəccar qeydiyyatın ilk günündə 75 namizədin 11-ci dövr prezident seçkilərinə namizədlik üçün qeydiyyatdan keçdiyini bildirərək, namizədlərin işinin gündəlik olaraq Nigəhban Şurasına göndərildiyini deyib.
Daxili işlər naziri- Mustafa Məhəmməd Nəccar bu gün səhər ötən gün saat 18:00-a qədər 75 nəfərin qeydiyyatdan keçdiyini bəyan edərək, deyib: Qeydiyyat mümkün minimum zamanda aparılır. Qeydiyyatdan keçən 75 nəfərdən 5- tanınmış, 70 nəfəri isə tanınmamış şəxsdir.
Qeydiyyat daha 4 gün davam edəcək.
İranın daxili işlər naziri xatırladıb: Namizəd və tərəfdarlarından qanuna riayət etmələri və zehində formalaşan tez təbliğat şübhəsini yaratmaqdan çəkinmələrini istəyirəm.