İran İslam Şurası Məclisinin sədri bəyan edib : İran regionda raket qüdrətinə malik ölkələrdən biridir və bunu gizlətməyə heç bir səbəb yoxdur.
İran parlamentinin sədri Əli Laricani cümə axşamı günü ( 12 dekabr ) bu məqama toxunaraq qeyd edib : İranın raket qüdrəti ölkənin mühüm müdafiə qabiliyyətini göstərir və bu məlum qüdrəti gizlətməyə heç bir səbəb yoxdur.
İranın mövcud vəziyyətinə o cümlədən, nüvə sahəsindəki irəliləyişinə toxunan Laricani əlavə olaraq deyib : Qərb dövlətləri bu nəticəni əldə ediblər ki , İİR-nın iştirakı olmadan regionda heç bir iş görə bilməyəcəklər.
Regionda islam inqilabının ilhamverici olmasına inandığını söyləyən Laricani xatırladıb : Livan Hizbullahı, İİR-nından ilham alaraq, İsrail rejimini məğlubiyyətlə üzləşdirə bildi.