7 il öncə İranda itkin düşən amerikalı Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olub və casusluq məqsədilə İrana səfər edibmiş.
Bu məlumata görə, bu, MKİ üçün ötən illər ərzində ən böyük rüsvayçılıq sayılır.
Robert Levinson bundan öncə ABŞ hökuməti tərəfindən adi bir vətəndaş olaraq elan edilmişdi.
Ağ Ev ötən ay bildirmişdi ki, Levinson ticarət məqsədilə İranın cənubunda yerləşən Kiş adasına səfər edibmiş.
Bu məlumata görə, Robert Levinsonun İrandakı missiyası təsdiq olunmamış missiya olub və MKİ-nin bu xüsusda səlahiyyəti olmayan bir əməliyyat qrupu, informasiya toplaması müqabilində Levinsona pul ödəyirmiş.
APTN bildirir ki, MKİ-nin 4 analitiki Levinson işinə görə kənarlaşdırılıb və daha 7 nəfər isə inzibati qaydada cəzalandırılıb.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi nəhayət Levinsonun ailəsinə kompensasiya olaraq 2.5 milyon dolların ödənilməsi ilə razılaşıb.