Beytül-Müqəddəs polisinin sözçüsü cümə axşamı günü Qəzzə Zolağından İşğal Edilmiş Fələstinin cənubunda yerləşən Əşkul məntəqəsinə iki ədəd raketin atılmasından xəbər verib. O bu hadisədə heç kəsin yaralanmadığını bildirib.
Bu iki raketin atışı Amerikanın dövlət katibi Con Kerrinin sionist İsrail rejimi ilə Fələstin arasındakı sülh müzakirələrinin yenidən başlanması üçün bu məntəqədə olması ilə eyni zamanda baş verib.
Sionist rejim ordusu bu hücumlara cavabda Qəzzənin müxtəlif məntəqələrinə qarşı bir sıra hava hücumları həyata keçirib.
