İslam İnqilabı Pasdarlar Korpusu (Sepah)-ın dəniz qüvvələrinin ikinci bölgəsinin komandanı deyib: Fars Körfəzi Sepahın tam nəzarəti altındadır.
Tehranda çıxan Cümhuri İslami qəzetinin yazdığına görə general Əli Rəzmcu İranın cənubunda Buşehrdə Fars Körfəzi Tədqiqat Mərkəzinin istifadəyə verilməsi mərasimində xatırladıb: Müxtəlif hərbi avadanlıqlar və təchizata malik Sepahın dəniz qüvvələri Fars Körfəzinin su sahəsini tam əhatə dairəsi və nəzarətində saxlayıb və hər növ gediş-gəliş onun gözündən yayına bilməz.
Rəzmcu əlavə olaraq deyib: Fars Körfəzinin geniş su sahəsində Sepahın gücü və əhatəsi elədir ki düşmənlərin hər bir növ gediş-gəlişi kontrol olunur və İranın həmin iqtidarına görədir ki, düşmənlər İrana qarşı təcavüz etməyə cəsarət edə bilmir.
Sepahın dəniz qüvvələrinin ikinci bölgəsinin komandanı əlavə olaraq deyib: Sepahın dəniz qüvvələri hər hansı bir sahədə uyğun bir təchizata malikdir ki bu vasitə ilə qısa bir zaman kəsimində düşmənlərin təhdidlərini cavablandırmaq iqtidarındadır.