İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: Təkfiri qruplar İran qarşısında həddindən artıq acizdirlər.
Seyid Mahmud Ələvi Yəməndə törədilən terror aktında şəhid olmuş iranlı diplomat Əbulqasim Əsədinin son mənzilə yola salınması mərasimində bəyan edib: Təkfiri qruplar o həddə deyillər ki, İrana qarşı maneəçilik törədə bilsinlər.
Nazirin sözlərinə görə belə bir terrorçu hərəkətlər İranın diplomatik uğurları müqabilində düşmənlərin tutduğu mövqeyini göstərir.