Filippində baş vermiş güclü tufanda on mindən yuxarı insan həlak olub.
BMT-nin humanitar yardımlar üzrə baş məsul şəxsi- Con Ging deyib ki, altı yüz altmış min nəfər Filippin tufanına görə, öz ev-eşiyini buraxaraq, təhlükəsiz məntəqələrə sığınıb.
Şiddətli “Haiyan” tufanı ötən cümə saatda üç yüz yetmiş kilometrdən yuxarı sürətlə Filippinin cənubu və mərkəzində bu ölkənin iyirmi əyalətinin geniş bir hissəsini dağıtdı.
İndiyədək bir çox ölkə, o sıradan İran İslam Respublikası həlak olanların ailələrinin kədəri ilə bölüşərək, Filippin dövlətinə humanitar yardımlar göstərməyə hazır olduğunu bildirib.
