Qum təqlid mərcələrindən olan Ayətullah Cəfər Sübhani deyib: İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) səhabəsinə hörmətsizlik əl-Əqsa məscidini dağıtmaq üçün yaşıl işıqdır.
Peyğəmbər və Əlinin (ə) səhabəsinin məzarına hörmətsizliyi pisləyən Ayətullah Cəfər Sübhani söyləyib: Bu acı hadisələrin baş verməsi müxaliflər islamı qəbul etməməklə yanaşı insanlığa da etina etmədiklərini göstərir.
Belə hərəkətlərin vilayətlə düşmənçiliyin nişanəsi olduğuna toxunan Ayətullah Sübhani Cəfər Təyyarın məqbərəsinə hörmətsizliyə reaksiya verib və deyib: Bu cərəyanların pərdə arxasında əllər vardır və belə hərəkətlər əl-Əqsa məscidini dağıtmaq üçün İsrailə yaşıl işıq yandırmaqdır.
Ayətullah Sübhani söyləyib: Belə hərəkətlər əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məzarını dağıtmaq üçün başlanğıcdır və ondan sonra bütün islam abidələrini məhv etmək istəyirlər.
Bu təqlid mərcəyi bildirib: Belə şəraitdə dünyanın bütün yerlərində müsəlmanlar ehtiyatlı olmalı və islam müqəddəslərinə təcavüz və hörmətsizliyə icazə verməməlidirlər.