Avropa ölkələrinin xarici işlər nazirləri Brüssel görüşündə NATO alyansının şərqi ölkələrə qədər genişləndirilməsi mövzusunu mübahisə ediblər.
Fransada çıxan Figaro qəzetinin yazdığına görə, Ukrayna böhranının yaşandığı gündən NATO AWACS casusluq təyyarələrini Polşa və Rominiyanın hava zonasına və ABŞ da özünün F-15 və F-16 tipli hərbi təyyarələrini Polşa və Latviyanın hava məkanında əməliyyat keçirməyə təşəbbüs göstərib.
Almaniya , Fransa və İngiltərə də baltikyanı ölkələrin hava hüdudlarının mühafizə edilməsinə kömək etmək üçün hazırlıqlarını elan ediblər.
Qəzetin yazdığına görə, Brüsseldə 28 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən bu görüşdə iştirakçılar şərqi Avropada NATO-nun nüfuzunun genişləndirilməsi yollarını müzakirə ediblər.
Daxil olan məlumata əsasən, böyük hərbi təlimlər və əməliyyatların təşkili NATO-nun nəzərdə tutduğu həll yollarından olub.
Rusiyanın sərhəd məntəqələri yaxınlığında NATO-nun daimi bazalarının mərkəzləşdirilməsi də digər həll yollarından biri kimi səsləndirilib.
Qeyd edək ki , Krım yarım adasının Rusiyaya birləşməsi ardınca , ABŞ – Avropa ölkələri ilə Rusiya münasibətlərini sərinlik kölgələyib.
