AzərbaycanXƏBƏRLƏR

Qırğızıstanda Manas bazası rəsmən bağlandı

Rəsmi Qırğızıstan Ağ Ev başçılarına göndərdiyi rəsmi notada bildirib ki, Manas hərbi bazasının icarə müddətini üzaltmayacaq.

Qırğızıstan xarici işlər naziri Erlan Abdullahyev ötən gün (cümə axşamı 14 noybar)  ABŞ-ın Bişkekdəki səfiri Pamela Spratlenə ünvanladığı rəsmi notada bildirib ki, Manas beynəlxalq aeroportundan istifadəsi ilə əlaqədar razılaşma müddəti 2014-cü il 11 iyulda sona çatır və ABŞ-ın bazadan istifadə etməsi üzrə icarə müddəti də uzadılmayacaqdır.

ABŞ Əfqanıstanda iştirak edən hərbçilərini o ölkədən çıxarmaq üçün Manas hərbi bazasına ehtiyaclıdır hərçənd ki, Vaşinqton Əfqanıstanda yerləşdirilmiş xarici hərbçilərə dəstək əməliyyatında bu bazadan istifadəni azaltmışdır.

ABŞ-ın Manas hərbi bazası yerinə, Rominiya ərazisində yerləşən aeroportdan hərbi təchizatlar və hərbçilərin nəqliyyatı üzrə mərkəz kimi istifadə edir.

Manas hərbi bazasının icarə müddəti 14 iyulda sona çatması ilə, Qırğızıstan 13 ildən sonra ABŞ hərbçilərinin kölgələrindən  qurtaracaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu