DünyaXƏBƏRLƏR

Georgi Margvaşvili Gürcüstanın yeni prezidenti

Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanan ən yeni məlumatlara görə, hakim “Gürcüstan Röyası” koalisiyasının namizədi Georgi Margvaşvili səslərin əksərini özünə aid edərək, prezident seçkisindəki qələbəsini qətiləşdirib.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası bu gün səhər seçkilərin nəticəsini açıqlayaraq, bildirib: 3741 seçki məntəqəsində səslərin sayılmasının başa çatması ilə hakim “Gürcüstan Röyası” koalisiyasının namizədi Georgi Margvaşvili bu dövr prezident seçkilərinin qalibi olub.

Hazırkı prezident Mixail Saakaşvilinin tərəfdarı olan Milli Birlik Hərəkatının namizədi David Bakradze və Vahid Gürcüstanın Demokratik Hərəkatı partiyasının namizədi olan sabiq parlament sədri Nino Burcanadze seçkilərdə topladıqları səslərin sayı baxımından 2-ci və 3-cü şəxslər olublar.

Seçkilərin təşkilatçıları bildiriblər ki, əhalinin prezident seçkilərində iştirak səviyyəsi 46%-ə yaxın olub.
Eqzitpolun nəticələrinə əsasən baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan Röyası Partiyasının namizədi olan Georgi Margvaşvili səslərin böyük hissəsini özünə aid edərək, rəqibləri üzərində qələbə çalıb.
Əgər seçkilərin nəticəsi belə olarsa, o zaman seçkilər birinci turda yekunlaşmış olacaq və Mixail Saakaşvilinin 10 illik prezidentlik dövrü başa çatacaq.

Mixail Saakaşvili iki dəfə ardıcıl olaraq prezident seçildiyi üçün üçüncü dəfə prezident seçkilərində iştirak icazəsinə malik olmayıb.

Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili dünən axşam dövlət televiziyası ilə etdiyi çıxışında hakim koalisiya və müxalif partiyanın namizədinin prezident seçkisində qələbə çaldığını etiraf edərək, deyib: Gürcüstan xalqı yeni prezidentini seçdi və biz xalqın rəyinə hörmət edirik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu