AzərbaycanXƏBƏRLƏR

Həbsin bərəkəti:müstəntiq tövbə etdi!

Azərbaycan hüquq-mühafizə sistemində sensassiya sayılacaq hadisə baş verib.Məhbus ruhani Hacı Talehin müstəntiqi vəzifəsindən niyə istefa verdiyi bildirilir.

Bu məlumatı vicdan məhbusu Tale Bağırzadənin vəkili Cavad Cavadov ictimailəşdirib.

Vəkilin sözlərinə görə, Tale Bağırzadə müstəntiqləri ilə ünsiyyətdə imkan olduğu qədər onları səhv yoldan çəkindirən söhbətlər edir. Bu yöndə söhbətlərdən biri də müstəntiq Vüsal Salehovla aparılıb. Tale Bağırzadə ona peyğəmbərin, imamların həyatından, İslam ehkamlarından danışıb, çoxlu hədislər söyləyib. Söhbət nəticəsiz qalmayıb. Vüsal Salehov ərizəsini yazıb, orqanlardan könüllü çıxıb. Vəkilin məlumatına görə, müstəntiq işdən çıxmaqla bəzilərinin öz yaramazlığına haqq qazandırmaq üçün istifadə etdiyi şəraitlə də (işsiz qalmaq, ailəsini dolandıra bilməmək kimi) üzləşməyib. Keçmiş müstəntiq özünə yeni iş tapıb, ailəsini halal yolla dolandırır. “Onun yerinə çox şad oldum. Allah bütün məmurlara bunu qismət eləsin. Bu sistemdə dövlət məmuru olmaq özünü həlak etmək deməkdir”, – deyə Cavadov bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu