Bu gün ilahiyyatçı Tale Bağırovun növbəti məhkəməsi Tale Bağırzadənin məhkəməsində maraqlı anlar yaşanıb.
Anar Qasımlı sosial şəbəkədə məhkəmənin gedişi ilə bağlı status paylaşıb. Vəkil bildirib ki, Tale Bağırzadənin məhkəməsində maraqlı anlar yaşanır. Rəsmi ittihama və protokollara əsasən narkotik vasitə ruhaninin şalvarının cibindən tapılıb. Şahid polis əməkdaşları isə məhkəmədə dirəniblər ki, pencəyinin cibindən çıxıb. Deyirik, axı protokolda şalvarının cibi yazılıb, deyirlər ola bilməz, pencəyindən çıxıb. Az qala deyəcəkdilər ki, biz hansı cibinə qoyduğumuzu bilmirik?
A.Qasımlı həmçinin qeyd edib ki, məhkəmə əsl şoudur. Hakim hal şahidinə deyir ki, sizin ifadə verməmək hüququnuz var, istəsəniz ifadə verməyə bilərsiz.
Halbuki, hal şahidi ifadə verməyə borcludur.