
İran İslam Respublikası mədəniyyət və islami irşad naziri deyib: Həzrət Məsumə (s.ə) filminin çəkilməsi üçün təhqiqat mərhələləri və hazırlıq işlərinin bir hissəsi həyata keçirilib və ümidvarıq ki, islamın bu böyük xanımına layiq film çəkiləcək.
Seyid Məhəmməd Hüseyni bazar ertəsi günü gecə Qumda Həzrət Fatimə Məsumənin (s.ə) müqəddəs hərəmində baş tutan bu nazirliyin müdirləri və məsul şəxslərinin müştərək iclasında əlavə edib: 9 və 10-cu hökumət müqəddəs Qum şəhəri və Əhli-Beytin hərəminə xüsusi diqqət yetirmişdir.
Həzrət Fatimə Məsumə (s.ə) hərəminin xəbər portalının istifadəyə verilməsini təsdiqləyən Hüseyni söyləyib: İran xalqı və digər müsəlmanlar Həzrət Məsumə (s.ə) hərəminin mədəni və elmi fəaliyyətləri ilə məlumatlandırılmalıdır.