
İraq baş naziri bu ölkənin əcnəbilərin Suriyadakı müdaxilələrinə qarşı olduğunu bəyan edərək Suriya böhranının dinc yolla həllinin zəruriliyini vurğulayıb.
İraq baş naziri Nuri əl-Maliki bildirib: İraq Suriya xalqının iradəsinin yanındadır və xarici müdaxilələr və zorakılığa qarşıdır. Eyni zamanda beynəlxalq ictimaiyyətlə yanaşı uzun müddət davam edən Suriya böhranından xilas üçün dinc həll yolunun yaradılmasının zəruriliyini qeyd edir.
Əl-Maliki bu sözləri Bağdadda misirli həmkarı Hişam Qəndillə keçirdiyi birgə mətbuat konfransında deyib.
Misir baş naziri Hişam Qəndil də öz növbəsində bildirib: Suriyada qanların axıdılmasının dayandırılması, siyasi həll yolunun əhəmiyyəti və əcnəbilərin müdaxiləsinin olmamasının zəruriliyinə əsaslanan Suriya məsələsi barəsində İraq tərəfi ilə razılıq əldə etdik.