İran xalqının seçdiyi yeni prezident bildirib ki, region ölkələri, xüsusilə də İran və Səudiyyə Ərəbistanı rəsmilərinin tədbirləri ilə sülh və təhlükəsizlik xalqların xeyrinə regiona qayıdacaq.
İran xalqının seçdiyi yeni prezident Həsən Ruhani Səudiyyə Ərəbistanı kralı Abdulla Bin Əbdüləzizin təbrik müraciətinə cavabda əlavə edib: İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri həmişə region və qonşu ölkələrə diqqət ayırmaq olub və bu siyasət yeni hökumətdə də xüsusi əhəmiyyətə malik olacaqdır.
Həsən Ruhani həmçinin Rusiya prezidenti Vladimir Putin, Ermənistan prezidenti Serj Sarkisyan, Maldiv prezidenti Məhəmməd Vəhid və Livan parlamentinin sədri Nəbih Berrinin təbrik müraciətlərinə cavabda bildirib: İranın yeni hökuməti İranın qədim və çiçəklənən sivilizasiyası və zəngin islam mədəniyyətinə söykənərək çalışacaq ki, qarşılıqlı anlaşma, etimad və hörməti yaratmaqla dünya ölkələri ilə münasibətləri genişləndirsin və möhkəmləndirsin.