Dünya

Hənzələ haker qrupu Tel-Əvivdə gecə saatlarında xəbərdarlıq vərəqələri yaydı

Hənzələ haker qrupu Tel-Əvivdə gecə saatlarında xəbərdarlıq vərəqələri yaydı

Hənzələ haker qrupu açıqlayıb ki, Hənzələ Xalq Müqaviməti Cəbhəsinin onlarla üzvü səhər açılana qədər Tel-Əviv sakinlərinin evlərinin qarşısına yüz minlərlə xəbərdarlıq bəyanatı yerləşdirib.

Hənzələ bəyanatda xəbərdarlıq edib ki, Müqavimət Cəbhəsinin enerji infrastrukturuna yenidən hücum ediləcəyi təqdirdə işğal olunmuş ərazilərdəki elektrik stansiyaları, neftayırma zavodları və su duzsuzlaşdırma qurğuları hədəf alınacaq. Qrup mesajını “son xəbərdarlıq” adlandıraraq Tel-Əviv sakinlərinə müraciətlə “Dünən gecə səsimizi Tel-Əvivin mərkəzindən eşitdiniz” deyə bildirib.