Hindistan Neft naziri Darmendra Pradhan, ölkəsi İranın Çabahar liman şəhərində 20 milyard dollar sərmayə qoymağa hazır olduğunu açıqladı.
Jurnalistlərə açıqlama verən Pradhan, Yeni Delhi rəhbərliyi Çabahar’da enerji və digər sənaye sektorlarında 20 milyard dollarlıq investisiya etməyə hazır olduğunu ifadə etdi.
Özü bu gün Çabahar sərbəst bölgəsini ziyarət edəcəyini ifadə edən Pradhan, İran və Hindistan əlaqələri enerji sahəsində çox istiqamətli olduğunu və yalnız neft idxalı ilə məhdud olmadığını qeyd etdi.
Hindistanın İrana olan borclarına da işarə edən Pradhan, İranın pulları Hindistan banklarında olduğunu və bankların arasında lazımlı kanalların açılması ilə birlikdə İrana ödənəcəyini vurğuladı.