AsyaDünyaİranXƏBƏRLƏR

20 Yanvar faciəsi İslami İrana tərəf üz çevirən xalqdan kommunizmin intiqamı idi

Bu günlərdə Suriyanın məzlum xalqının sionist rejim qarşısında müqavimətin ön cəbhəsində durduğuna görə, islam və insanlığını hazırkı düşmənlərinin kin-küdurətinə tuş gəldiyi kimi, iki dekada öncə 1990-cı il 20 yanvarda Azərbaycan Respublikası müsəlman xalqı da öz əsilliyi, insanlığı və islamlığına doğru üç çevirdiyinə görə ateist kommunist rejiminin kin-küdurətinə tuş gəldi.

Ateist kommunist rejimi buna görə qəzəblənmişdi ki, Azərbaycan Respublikasının müsəlman xalqı SSRİ-nin polad sərhədlərini qıraraq özünü İslami İrana çatdırdı və İmam Xomeyni (rə) və Həzrət Ayətullahülüzma Xameneinin şəkillərini əllərində tutaraq bu müraciətə sevinc göz yaşı axıtdı və kommunizmin zülmünə son qoymaq istədiyini nümayiş etdirdi.

Kommunist ateistlərin qəzəbi o zaman kulminasiya nöqtəsinə çatdı ki, Azərbaycan Respublikası müsəlman xalqı öz tarixi vətəni yəni İranla olan süni sərhəddə quraşdırılmış tikanlı məftilləri heç bir qorxu olmadan qırmışdı. Bu isə Azərbaycan Respublikası xalqının azadlığının simvolu hesab olunurdu.

Bu hadisədən təxminən 2 il öncə İmam Xomeyni (rə) SSRİ-nin son rəhbəri Mixail Qorbaçova ünvanladığı məktubda kommunist quruluşun sümüklərinin sınması səsinin açıq-aşkar eşidildiyini bildirmiş və Qorbaçov və SSRİ quruluşunu xilas və nicat üçün insanı təkamülə çatdıran islam dininə sığınmağa və qərb imperializminə sığınmaqdan çəkinməyə dəvət etmişdi.

SSRİ-nin ömrünün sonlarında xalq qiyamlarının rəhbərlərindən olan Azərbaycan Respublikasının müsəlman xalqı digər xalqlardan daha ciddi və qətiyyətli idi. Elə buna görə SSRİ rejimi Azərbaycan Respublikası xalqının İranla sərhədə doğru tarixi hərəkətinə təfavütsüz qala bilməzdi. Ateist SSRİ rejimi Azərbaycan Respublikası müsəlman xalqının haqq tələbini dinləmək əvəzinə bu xalqa ittiham vurmaq və ondan intiqam almağa başladı. Əslində azad insanlara ittiham vurmaq və onlardan intiqam almaq özünü mütləq qüdrət hesab edən qüvvələrin əsas prinsipidir. Lakin əslində bu qüvvələr özlərinin məhvə doğru getdiklərindən xəbərsizdirlər. Allaha qaşrı olan kommunistlər “qızıl ordu”nu Bakıya doğru ezam etdikləri zaman Azərbaycan Respublikası xalqının nahaq tökülən qanı və bu xalqın tapdalanan haqqı tezliklə kommunist rejiminin məhvinə səbəb olacağından qafil idilər. Beləliklə, çox keçmədən 20 Yanvar faciəsindən sarsılan xalq kommunist rejiminin süqutunu bayram etdi. Baxmayaraq ki, Azərbaycan Respublikası xalqına olunan tarixi zülm hələ də davam edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu