
Hökumətin “cərimələr” terroru
İctimai Palata Azərbaycan Respublikası hökumətini ölkə gənclərinə qarşı “məhkəmə cərimələri” terror siyasəti yürütməkdə ittiham etdi.
İctimai Palatanın Koordinasiya Şurası cərimələnən gənclərlə bağlı bəyanatda bildirilir ki, Azərbaycan demokratiyasının avanqardı olan gənclər hərəkatı fəallarına qarşı mübarizədə aciz qalan iqtidar onların valideynlərinə və yaxınlarına qarşı “məhkəmə cərimələri” terroruna başlayıb.
Bəyanatda əlavə olunub : “12 və 26 yanvar – orduda əsgər ölümləri və İsmayıllı hadisələrinə dəstək aksiyalarının iştirakçılarına münasibətdə qeyri-adekvat dərəcədə böyük cərimələr tətbiq edərək, həmin şəxslərin və valideynlərinin şəxsi əşyalarını müsadirə etməyə başlayıb.
“Məhkəmə” pərdəsi altında həyata keçirilən bu dərəbəyliyi hakimiyyətin sifarişi ilə həyata keçirilən siyasi repressiya kimi dəyərləndirir və pisləyirik.”

