
İsa Qəmbərin köhnə televizorı müsadirə edilib
Azərbaycan Respublikası hökuməti muxalif Musavat Partiyasının sədri İsa Qəmbərin xanımının cehizi olan köhnə televizorı müsadirə edib.
İsa Qəmbər Nəsimi rayon məhkəmə icraçılarınının evindəki əmlakı qeydiyyata alınması ilə bağlı sualları cavablandırarkən bunu bildirib.
Oğlu Turqut Qəmbərin aksiyada iştirak etdiyinə xatir nağad cərimə əvəzində evlərindəki əşyaların aparılması ilə bağlı İsa Qəmbər deyib : “Hər iki oğlum işsizdirlər. Faktiki olaraq Turqut evə gəlir gətirmir, tərcümələrlə yaşayır. Bəs hardan Turqut evdə olan kondisionerə, televizora, noutbuka görə deyə bilər ki, mənim burda paym var? Bu absurddur.”
Son günlərdə Azərbaycan Respublikası hökuməti nağd cərimə ödəməyən vətəndaşların ev əşyalarını o cümlədən köhnə xalça, kondisioner, televizor və tozsoranlarını müsadirə edib.