
Serj Sərkisyan Qarabağa 13 dəfə səfər edib
Ermənistanda prezident seçkisində 58.64% səslə qalib gələn Serj Sərkisyan indiyə qədərki 5 illik prezidentliyi dövründə işğal altında olan Dağlıq Qarabağa 13 dəfə səfər edib.
Bu səfərlər 2008-ci ilin may, oktyabr, noyabr; 2009-cu ilin may, oktyabr; 2010-cu ilin iyun, oktyabr; 2011-ci ilin may, sentyabr; 2012-ci ilin yanvar, may, sentyabr və oktyabr aylarında gerçəkləşdirilib.
Serj Sərkisyan 1954-cü ildə SSRİ Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycanda erməni separatizmi hərəkatının ən qatı iştirakçılarından olubdur.
1989-93-cü illərdə Dağlıq Qarabağ silahlılarının başçısı olub. Ermənistanda müdafiə naziri (iki dəfə), Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, daxili işlər və milli təhlükəsizlik naziri, Prezident Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, baş nazir postlarını tutub. 2008-ci ildən Ermənistanın prezidentidir.
Serj Sərkisyan Azərbaycan Respublikasında atasının ölümündən sonra Prezident olmuş İlham Əliyev ilə sülh danışıqları çərçivəsində dəfələrlə görüşüb. Təcrübə baxımından tam fərqlı olan bu iki Prezidentin Russianın Soçi şəhərində sülh danışıqları çərçivəsində şahmat oynaması və xizək sürməsi də yadda qalan və qalmaqallı olmuşdur.
Ermənistan ilə DQ-nın işqalı səbəbindən ixtilafda və atəşkəs dövründə olan Azərbaycan Respublikasının Prezident seçkisi də gələn Oktiyabr ayına planlaşdırılıb. Ermənistanda olduğu kimi Azərbaycanda da iqtidar hazırkı Prezidentin bu kersünü qoruyub saxlayacağına əmindir.
Ermənistanda prezident seçkisində 58.64% səslə qalib gələn Serj Sarkisiyanın müqabilində, Azərbaycan Respublikasında İlham Əliyevin neçə faız səslə bu kürsüdə qalacağı indidən maraqlı görünür.