FələstinXƏBƏRLƏR

Haaretz: Saziş müzakirələri ABŞ-ın təzyiqləri altında davam edir

Haaretz qəzetinin təhlilçisi İsrail rejimi başçılarının fələstinlilərlə müzakirələrdə könülsüz iştirak etdiklərinə işarə edərək, deyib: Saziş müzakirələri ABŞ-ın təzyiqi altında davam edir.

İRNA-nın məlumatına görə, Giryam Levi Rusiya dövlət radiosu ilə müsahibədə İsrail rejiminin fələstinlilərlə müzakirələrə rəğmən Beytül-Müqəddəsdə 1200 yeni yaşayış massivinin salınması layihəsini təsdiq etdiyini deyərək, deyib: İsrail bir əli ilə verir, digər əli ilə isə zorla geri alır.
O əlavə edib: İsrail fələstinlilərlə müzakirə üçün ciddi qərara malik deyil. Netanyahu ABŞ-ın təzyiqi altında Fələstin Özünüidarə Hökuməti ilə müzakirələrlə razılaşıb.
Levi daha sonra deyib: Fələstinli əsirlərin İsrail zindanlarından azad edilməsi də ABŞ-ın təzyiqi altında baş tutdu.
Haaretz qəzetinin təhlilçisi “İsrail nə üçün heç bir nəticəsi olmayan müzakirələrdə iştirakı qəbul edir?” sualına cavab olaraq deyib: Bu addım ABŞ rəsmiləri və dünya ictimaiyyətinin razılığını əldə etmək üçün atılıb.
Levi inanır ki, bu çıxmazdan xilas olmağın yeganə yolunun ABŞ-ın İsrailə ciddi təzyiqlər göstərməsidir. Amma, Obamanın belə bir addım atmaq istəyəcəyi çox zəif ehtimaldır və vəziyyətin bu cür davam edəcəyində şübhə yoxdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu